Tikinti materiallarının istehsalı barədə KOMİTƏ AÇIQLAYIR

Tikinti materiallarının istehsalı barədə KOMİTƏ AÇIQLAYIR

BİZNES
643

2020-ci ilin yanvar-mart aylarında Azərbaycanda sənaye məhsullarının istehsal həcmi 10,6 milyard manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 0,8% çoxdur.

Bu barədə fins.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilir ki, hesabat dövründə tikinti materiallarının istehsalı 14,8%, maşın və avadanlıqların istehsalı 16%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 20,7%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 60,7% azalıb.

2020-ci ilin yanvar-mart aylarında elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 17,1%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 4,2% artıb.
2019-cu ildə Azərbaycanda sənaye məhsullarının istehsal həcmi 4,3% artıb.*

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Tikinti materiallarının istehsalı barədə KOMİTƏ AÇIQLAYIR — Fins.az — Fins.az