
Tesla Böyük Britaniyada evlərə elektrik enerjisi tədarük etməyə hazırlaşır
Fins.az - “Tesla” şirkəti Böyük Britaniyada ev təsərrüfatlarına elektrik enerjisi tədarük etməyə hazırlaşır. Şirkət bu fəaliyyət üçün ölkənin enerji tənzimləyicisindən rəsmi lisenziya alıb.
“Tesla Energy Ventures” bölməsi enerji təchizatçısı kimi fəaliyyət göstərəcək. Şirkət günəş enerjisi və enerji saxlama batareyaları texnologiyalarından istifadə edərək birbaşa evlərə xidmət göstərməyi planlaşdırır.
Tesla bu bazarda “Octopus Energy”, “British Gas” və EDF kimi mövcud enerji təchizatçıları ilə rəqabət aparacaq.