Temperatur dəyişikliklərinə davamlı yapışdırıcı həlli

Temperatur dəyişikliklərinə davamlı yapışdırıcı həlli

BİZNES
175

Fins.az - İstehsal gücü gündəlik 6500 ton klinker və illik 2,1 milyon ton sement olan Norm Sement inşaat sektorunun tələblərinə cavab verən yeni həllər təqdim etməyə davam edir.

Şirkətin məhsul portfelində yer alan “Storm” yüksək dayanıqlı xarici keramika və mərmər yapışdırıcısı güclü yapışma xüsusiyyəti, rahat tətbiqi və temperatur dəyişikliklərinə davamlılığı ilə seçilir.

AZS 039-2000 EN 12004 C2TE standartlarına uyğun hazırlanan məhsul daxili və xarici məkanlarda orta və böyük ölçülü plitələrin, keramika örtüklərinin, qranitin, mərmərin, dekorativ və təbii daşların yapışdırılması üçün nəzərdə tutulub.

“Storm” yapışdırıcısı sement əsaslı səthlərdə, eləcə də isti döşəmə sistemlərində istifadə üçün uyğun hesab olunur. Məhsulun yüksək möhkəmlik göstəriciləri və uzunmüddətli dayanıqlılığı müxtəlif tikinti və təmir layihələrində etibarlı həll kimi çıxış etməsinə imkan verir.

Norm Sement bildirir ki, müasir tikinti materiallarına artan tələbat fonunda innovativ və keyfiyyətli məhsulların istehsalı şirkətin əsas prioritetlərindən biri olaraq qalır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Temperatur dəyişikliklərinə davamlı yapışdırıcı həlli — Fins.az — Fins.az