TEI Forum 2026 çərçivəsində Azərbaycan və Özbəkistan arasında yeni biznes və investisiya əməkdaşlıqları müzakirə olunub

TEI Forum 2026 çərçivəsində Azərbaycan və Özbəkistan arasında yeni biznes və investisiya əməkdaşlıqları müzakirə olunub

BİZNES
25

Fins.az - TEI Forum 2026 çərçivəsində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov, Founder Club-un rəhbəri Ruslan Dəmirov və BMG-nin rəhbəri Orxan Məmmədzadə Özbəkistanın paytaxtı Daşkənddə bir sıra mühüm görüşlər keçiriblər.

Səfər çərçivəsində nümayəndə heyəti Özbəkistan Ticarət və Sənaye Palatasında Xarici iqtisadi fəaliyyət departamentinin direktoru Saidkamil Saidnazirxanov ilə görüşüb. Görüşdə Azərbaycan və Özbəkistan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı investisiya imkanlarının artırılması və yeni biznes tərəfdaşlıqlarının formalaşdırılması məsələləri müzakirə olunub.

Tərəflər həmçinin “Enterprise Azerbaijan” portalının beynəlxalq tərəfdaşlıq şəbəkəsinin genişləndirilməsi və startapların regional bazarlara çıxış imkanlarının artırılması istiqamətində fikir mübadiləsi aparıblar.

Müzakirələr zamanı diqqətə çatdırılıb ki, “Startup School 4: Beş qitə – 500 startap” qlobal innovasiya proqramının yekun mərhələsi olan “Demo Day” tədbiri TEI Forum 2026 ilə birlikdə 30–31 oktyabr 2026-cı il tarixlərində Bakı Konqres Mərkəzində keçiriləcək.

Səfər çərçivəsində Özbəkistanın tanınmış iş adamı və rəqəmsal media təşəbbüsləri ilə seçilən influenser Anvar Abduqayum ilə də görüş baş tutub. Görüşdə iki ölkə arasında işgüzar əlaqələrin inkişaf dinamikası və gələcək birgə layihələr üzrə əməkdaşlıq imkanları müzakirə olunub.

Görüşün nəticəsi olaraq Anvar Abduqayumun TEI Forum 2026-da spiker kimi iştirak etməsi barədə razılıq əldə olunub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...