Tanınmış şərab istehsalçısının səhmdarları toplanır

Tanınmış şərab istehsalçısının səhmdarları toplanır

BİZNES
883

14 aprel 2020-ci il tarixində “Gəncə Şərab -2” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.

Fins.az xəbər verir ki, bu barədə  ASC-nin elanında məlumat verilir.

 Məlumatda bildirilir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1.Cəmiyyətin 2019-cu il fəaliyyyəti haqqında illik hesabatı.

2.Cəmiyyətin mühasibat balansının təsdiqi.

3.Mənfəətin bölüşdürülməsi, dividendlərin ödənilməsi qaydasının müəyyən edilməsi və müddəti.

Səhmdarların növbəti illik ümumi yığıncağının gündəliyinin materialları ilə müəssisənin mühasibatlığında tanış olmaq mümkündür.

Səhmdarların növbəti illik ümumi yığıncağı Gəncə şəhəri, Zaur İsmayılov küçəsi 86 nömrəli ünvanda (keçmiş Kənar küçəsi 3), “Gəncə Şərab -2” ASC-nin inzibati binasında keçiriləçəkdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Tanınmış şərab istehsalçısının səhmdarları toplanır — Fins.az — Fins.az