Tanınmış Belçika şirkəti Azərbaycanda qeydiyyatdan keçdi

Tanınmış Belçika şirkəti Azərbaycanda qeydiyyatdan keçdi

BİZNES
1,007

Belçikanın qlobal tikinti avadanlıqları şirkəti “Sarens” Azərbaycan bazarına daxil olur.

 

Fins.az xəbər verir ki, 10 Yanvar 2020-ci il tarixində Vergilər Nazirliyi “Sarens Azərbaycan” şirkətini dövlət qeydiyyatına alıb.

 

Nizamnamə kapitalı 1000 manat olan şirkətin qanuni təmsilçisi Məmmədov Fuad Ramiz oğludur.

 

“Sarens Azərbaycan” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Moskva pr ev 48. m22-dir.

 

"Heç nə həddindən artıq ağır, heç nə həddindən artıq yüksək deyil" şüarı ilə fəaliyyət göstərən “Sarens”  60 ildən çoxdur ağır kran, lift və digər qurğular təklif edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Tanınmış Belçika şirkəti Azərbaycanda qeydiyyatdan keçdi — Fins.az — Fins.az