“Synergy Group”un keçmiş direktoru holdinqdəki daha bir vəzifəsini itirib

“Synergy Group”un keçmiş direktoru holdinqdəki daha bir vəzifəsini itirib

BİZNES
552

Bakı 19 dekabr Fins.az

“Synergy Group” MMC-nin keçmiş direktoru Rauf Axundov holdinqə daxil olan “Synergy Construction” MMC-nin direktoru vəzifəsindən də azad edilib.

“Report” xəbər verir ki, onun yerinə hələ ki, təyinat olmayıb.

Xatırladaq ki, R.Axundov “Synergy Group”un rəhbərliyindən bu ay kənarlaşdırılıb. Holdinqə rəhbərlik Elnur İsgəndərova həvalə olunub.

Xatırladaq ki, “Synergy Group” 2010-cu ildə yaradılıb, Azərbaycanda qeyri-neft sektorunda fəaliyyət göstərən ən iri özəl holdinqlərdən biridir. Onun nizamnamə kapitalı 50 milyon manatdır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Synergy Group”un keçmiş direktoru holdinqdəki daha bir vəzifəsini itirib — Fins.az — Fins.az