Supermarket sektorunda kampaniya dalğası: “Rahat” qiymətləri endirdi

Supermarket sektorunda kampaniya dalğası: “Rahat” qiymətləri endirdi

BİZNES
330

Fins.az - Azərbaycanda fəaliyyət göstərən "Rahat Supermarket" müştəriləri üçün yeni genişmiqyaslı endirim kampaniyasına start verib. “Fürsətləri qaçırma, rahat yaşa!” şüarı ilə təşkil olunan aksiya 7–20 aprel tarixlərini əhatə edir və bütün filiallarda qüvvədədir.

Kampaniya çərçivəsində qida məhsullarından başlayaraq məişət və gigiyena vasitələrinə qədər geniş çeşiddə mallar endirimli qiymətlərlə təqdim olunur.

Qida məhsulları kateqoriyasında Popkek kek 0,65 AZN əvəzinə 0,49 AZN-ə, Crax Bitez kraker və digər qəlyanaltılar sərfəli qiymətlərlə satışdadır. Şirniyyat məhsulları arasında Moskviçka karamel 12,39 AZN əvəzinə 9,99 AZN-ə, Zolotoy Klyuçik konfetləri isə müxtəlif endirimlərlə təqdim olunur.

İçkilər seqmentində Pepsi və Mirinda 1 litrlik məhsulları 1,19 AZN-ə, Bizon 250 ml içkilər 0,79 AZN-ə təklif edilir. Həmçinin Borjomi mineral suyu, Damla suyu və Mia limonadları da kampaniyaya daxildir.

Məişət və gigiyena məhsullarında da geniş endirimlər mövcuddur. Fino təmizlik vasitələri, Sensodyne diş məcunu, Garnier dezodorant, Listerine ağız yaxalayıcı, həmçinin Pantene, Head & Shoulders şampunları və Ariel, Perwoll yuyucu vasitələri daha sərfəli qiymətlərlə satışa çıxarılıb.

Uşaq məhsulları kateqoriyasında isə Huggies, Pampers və Molfix uşaq bezləri, eləcə də Johnson’s Baby məhsulları endirimli qiymətlərlə təqdim edilir.

Şirkət bildirir ki, kampaniya məhsulları məhdud saydadır və məhsullar bitənə qədər qüvvədə qalacaq. Müştərilər bu müddət ərzində geniş çeşiddə məhsulları daha sərfəli qiymətlərlə əldə edə bilərlər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Supermarket sektorunda kampaniya dalğası: “Rahat” qiymətləri endirdi — Fins.az — Fins.az