Sumqayıt Sənaye Parkında satış 2,2 milyard manatı ötüb – ixrac 50%-ə çatıb

Sumqayıt Sənaye Parkında satış 2,2 milyard manatı ötüb – ixrac 50%-ə çatıb

BİZNES
501

Fins.az - 2025-ci ildə Sumqayıt Sənaye Parkı əhəmiyyətli iqtisadi nəticələr əldə edib.

Parkda il ərzində ümumilikdə 2,2 milyard manatlıq məhsul satışı həyata keçirilib.

Rəsmi məlumatlara görə, bu satışın 1,1 milyard manatı ixracın payına düşüb. Bu isə sənaye parkında istehsal olunan məhsulların beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin artdığını göstərir.

Məlumat İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən açıqlanıb. Bildirilib ki, park ərazisində əsasən neft-kimya və digər prioritet sənaye sahələri üzrə məhsul istehsalı və emalı həyata keçirilir.

Hazırda sənaye parkında ümumi investisiya həcmi 6,6 milyard manatdan artıq olan 38 sahibkarlıq subyektinə rezident statusu verilib. İndiyədək rezidentlər tərəfindən layihələrə 5,6 milyard manatdan çox vəsait yatırılıb.

Cənubi Qafqazın ən böyük sənaye parkı hesab edilən bu ərazidə ümumilikdə 6097 daimi iş yeri yaradılıb ki, bu da regionda məşğulluğun artırılmasına ciddi töhfə verir.

Ekspertlər hesab edirlər ki, sənaye parkının inkişafı Azərbaycanın qeyri-neft sektorunun genişlənməsi və ixrac potensialının güclənməsi baxımından strateji əhəmiyyət daşıyır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Sumqayıt Sənaye Parkında satış 2,2 milyard manatı ötüb – ixrac 50%-ə çatıb — Fins.az — Fins.az