Stellantis və Pony AI Avropada Robotaksi Sınaqlarına Başlayır

Stellantis və Pony AI Avropada Robotaksi Sınaqlarına Başlayır

BİZNES
545

Finss.az xəbər verir ki, Avropa Avtomobil Konserni Stellantis NV və süni intellekt texnologiyaları sahəsində ixtisaslaşmış Pony AI Inc Avropada özünü idarə edən avtomobillərin (robotaksilərin) sınaqlarına başlamağı planlaşdırır. Bu məqsədlə şirkətlər Avropa bazarında avtonom nəqliyyat sistemlərinin hazırlanması və tətbiqi istiqamətində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıblar.

Əməkdaşlıq çərçivəsində robotaksi texnologiyası, avtonom idarəetmə sistemləri, və süni intellekt əsaslı nəqliyyat həlləri üzrə birgə inkişaf və sınaq mərhələləri həyata keçiriləcək. Layihənin əsas məqsədi Avropa şəhərlərində sürücüsüz nəqliyyat vasitələrinin təhlükəsiz və effektiv tətbiqinə nail olmaqdır.

Qeyd edək ki, Stellantis son illərdə elektromobil və süni intellekt texnologiyalarına ciddi sərmayələr yönəldərək, avtomobil sənayesində rəqəmsal transformasiyanı sürətləndirir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Stellantis və Pony AI Avropada Robotaksi Sınaqlarına Başlayır — Fins.az — Fins.az