Startap şəhadətnamələrinin verilmə vaxtı AÇIQLANDI

Startap şəhadətnamələrinin verilmə vaxtı AÇIQLANDI

BİZNES
1,028

Yaxın 2 ay ərzində Azərbaycanda innovativ startapları müvafiq vergi güzəştləri ilə təmin edəcək startap şəhadətnamələrinin verilməsinə başlanacaq.

Fins.az xəbər verir ki , bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, bununla bağlı təkliflər hazırda Nazirlər Kabineti tərəfindən baxılır və hökumətin müvafiq rəyi veriləcəyi gözlənilir ki, sənəd qüvvəyə minsin.

Qeyd edək ki, startap şəhadətnamələr KOBİA tərəfindən verəcək. Şəhadətnamələrin verilməsinə tələb olunan əsas meyarlar artıq açıqlanıb. Əsas meyarlar sırasına startapların yeni texnologiyalara əsaslanan istehsal sahəsinin mövcudluğu, mikro və kiçik sahibkar subyekti olması, həmçinin müəyyən reyestrdən keçməsi zəruridir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Startap şəhadətnamələrinin verilmə vaxtı AÇIQLANDI — Fins.az — Fins.az