
SOCAR-ın Qaz İxrac İdarəsinin ixrac gəlirləri açıqlanıb
Fins.az – 2026-cı ilin yanvar-may aylarında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin ixrac gəlirləri 7,6 milyon ABŞ dolları təşkil edib.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) iyun ayı üzrə "İxrac icmalı"nda məlumat verilib.
Məlumata əsasən, Qaz İxrac İdarəsinin ixrac gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 26,9 milyon ABŞ dollarından çox və ya 77,8% azalıb.
Qeyd edək ki, 2026-cı ilin yanvar-may aylarında qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlət şirkətləri arasında SOCAR Polymer MMC birinci yerdə qərarlaşıb.
Sonrakı yerlərdə AzerGold QSC, SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi, Azəralüminium MMC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, SOCAR Qaz İxrac İdarəsi, Azərbaycan Hava Yolları QSC, Azərenerji ASC, SOCAR-CAPE MMC və Naxçıvan Enerji MMC yer alıb.