“SOCAR Polymer”in ixrac gəlirləri 3,4% artıb

“SOCAR Polymer”in ixrac gəlirləri 3,4% artıb

BİZNES
232

2026-cı ilin yanvar-mart aylarında “SOCAR Polymer” tərəfindən ixracdan əldə olunan gəlirlər 57 milyon ABŞ dolları təşkil edib.

Fins.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) 2026-cı ilin aprel ayı üzrə “İxrac icmalı”nda bildirilib.

Məlumata görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə təxminən 2 milyon ABŞ dolları və ya 3,4% artım deməkdir. Eyni zamanda, 2025-ci ilin yanvar-fevral ayları ilə müqayisədə ixrac gəlirlərində təxminən 9,1 milyon ABŞ dolları və ya 41,7% artım qeydə alınıb.

Qeyd olunur ki, qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlər arasında “SOCAR POLYMER” MMC lider mövqedə qərarlaşıb. Siyahıda həmçinin “AzerGold” QSC, “Azəralüminium” MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar” İdarəsi, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərbaycan Hava Yolları” QSC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, “AzərEnerji” ASC, “Socar Cape” MMC və “Naxçıvan Enerji” MMC yer alıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“SOCAR Polymer”in ixrac gəlirləri 3,4% artıb — Fins.az — Fins.az