“SOCAR Polymer”in ixrac gəlirləri 14,9 milyon ABŞ dolları olub

“SOCAR Polymer”in ixrac gəlirləri 14,9 milyon ABŞ dolları olub

BİZNES
653

2026-cı ilin yanvar ayında “SOCAR Polymer”in ixracdan əldə etdiyi gəlirlər 14,9 milyon ABŞ dolları təşkil edib. Bu göstərici 2025-ci ilin yanvar ayı ilə müqayisədə təxminən 200 min ABŞ dolları və ya 1,3% azdır.

Fins.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) açıqladığı “İxrac icmalı”nın fevral nəşrinə istinadən xəbər verir ki, qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlər arasında liderlik Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinə məxsusdur. Digər aktiv dövlət şirkətləri sırasına aşağıdakılar daxildir:

“SOCAR Polymer” MMC

“AzerGold” QSC

“Azəralüminium” MMC

ARDNŞ Qaz İxrac İdarəsi

“Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC

“SOCAR-DALĞIC" MMC

“Azərbaycan Dəmir Yolları" QSC

Naxçıvan MR Dövlət Energetika Xidməti

"İstisu" mineral su zavodu MMC

Beləliklə, SOCAR Polymer qeyri-neft sektoru üzrə ixracda əhəmiyyətli rolunu qoruyur və dövlət şirkətləri arasında aktiv iştirakını davam etdirir.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“SOCAR Polymer”in ixrac gəlirləri 14,9 milyon ABŞ dolları olub — Fins.az — Fins.az