
SOCAR neft emalını 3,7% artırıb
Fins.az - 2026-cı ilin birinci rübündə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 1,45 milyon ton neft və 636 milyon kubmetr qaz emal edilib.
Məlumata görə, hesabat dövründə neft emalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,7% artım nümayiş etdirib.
Eyni zamanda SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunan 394 min tondan çox neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac olunub.
Qeyd olunur ki, cari ilin ilk rübündə şirkət tərəfindən 13 min metrə yaxın qazma işləri aparılıb. SOCAR-ın müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlarda 1,67 milyon ton neft və 1,85 milyard kubmetr qaz hasil edilib.
Ölkə üzrə qaz hasilatı 0,4% artaraq 12,64 milyard kubmetr təşkil edib. Ümumilikdə isə 2026-cı ilin birinci rübündə Azərbaycanda 6,63 milyon ton xam neft hasil olunub.