SOCAR-ın idarəsinin yanvar-may ayları üzrə ixrac gəlirləri açıqlanıb

SOCAR-ın idarəsinin yanvar-may ayları üzrə ixrac gəlirləri açıqlanıb

BİZNES
367

Fins.az – 2026-cı ilin yanvar-may aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 84,6 milyon ABŞ dolları dəyərində ixrac əməliyyatları həyata keçirib.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) iyun ayı üzrə "İxrac icmalı"nda bildirilib.

Məlumata əsasən, idarənin ixrac gəlirləri 2025-ci ilin yanvar-may ayları ilə müqayisədə 99,3 milyon ABŞ dollarından çox və ya 54% azalıb.

Qeyd edək ki, 2026-cı ilin yanvar-may aylarında qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlət şirkətləri arasında SOCAR Polymer MMC ilk pillədə qərarlaşıb.

Siyahıda sonrakı yerləri AzerGold QSC, SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi, Azəralüminium MMC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, SOCAR Qaz İxrac İdarəsi, Azərbaycan Hava Yolları QSC, Azərenerji ASC, SOCAR CAPE MMC və Naxçıvan Enerji MMC tutur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
SOCAR-ın idarəsinin yanvar-may ayları üzrə ixrac gəlirləri açıqlanıb — Fins.az — Fins.az