
SOCAR Honeywell ilə rəqəmsal transformasiya və avtomatlaşdırma layihələrini genişləndirir
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Honeywell ilə əməkdaşlıq çərçivəsində rəqəmsal transformasiya və avtomatlaşdırma layihələrini inkişaf etdirir.
Fins.az xəbər verir ki, bu barədə Honeywell-in Sənaye Avtomatlaşdırma Həlləri üzrə vitse-prezidenti Vişal Mehta ABŞ-Azərbaycan Ticarət Palatasının 30 illiyinə həsr olunmuş konfransda bildirib.
Mehta vurğulayıb ki, tərəfdaşlıq çərçivəsində SOCAR-ın mövcud və yeni aktivlərində rəqəmsal transformasiya təşəbbüsləri həyata keçirilir. Bu layihələr aktivlərin performansının idarə olunması, operator təlim simulyatorları və rəqəmsal əkizlər kimi yüksək texnologiyalı həlləri əhatə edir.
O həmçinin qeyd edib ki, Honeywell Azərbaycanın Rəqəmsal 2030 proqramı və davamlı inkişaf məqsədlərini dəstəkləyir, mühəndislərin və operatorların rəqəmsal texnologiyalar və süni intellektlə təhlükəsiz işləməsi üçün təlimin vacib olduğunu bildirib.