SOCAR CAPE-in yanvar-may ayları üzrə ixrac gəlirləri açıqlanıb

SOCAR CAPE-in yanvar-may ayları üzrə ixrac gəlirləri açıqlanıb

BİZNES
388

2026-cı ilin yanvar-may aylarında SOCAR CAPE MMC-nin ixrac gəlirləri 430 min ABŞ dolları təşkil edib.

Fins.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) iyun ayı üzrə "İxrac icmalı"nda bildirilib.

Məlumata görə, ötən ilin yanvar-may ayları üzrə SOCAR CAPE-in ixrac gəlirlərinə dair göstərici açıqlanmayıb.

Hesabata əsasən, qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlət şirkətləri arasında SOCAR Polymer MMC ilk sırada qərarlaşıb.

Siyahıda sonrakı yerləri AzerGold QSC, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi, Azəralüminium MMC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, SOCAR-ın Qaz İxrac İdarəsi, "Azərbaycan Hava Yolları" QSC, "Azərenerji" ASC, SOCAR CAPE MMC və "Naxçıvan Enerji" MMC tutur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
SOCAR CAPE-in yanvar-may ayları üzrə ixrac gəlirləri açıqlanıb — Fins.az — Fins.az