Şirinləşdirilməmiş suların istehsalı artıb

Şirinləşdirilməmiş suların istehsalı artıb

BİZNES
856

Bu ilin yanvar-iyun aylarında ölkədə 11 193,0 min dekalitr (dkl) şirinləşdirilməmiş sular istehsal olunub.

Fins.az Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə istehsal 38,2 faiz və ya 4 275,73 min dekalitr artıb.

Cari ilin may ayı ilə müqayisədə isə iyunda istehsal həcmində 36,5 faiz və ya 1 328,6 min dekalitr azalma qeydə alınıb. İyun ayında 2 305,8 min dekalitr şirinləşdirilməmiş sular istehsal olunub.

İyul ayının 1-nə hazır məhsul ehtiyatı isə 636,1 min dekalitr təşkil edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Şirinləşdirilməmiş suların istehsalı artıb — Fins.az — Fins.az