SİF-də üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

SİF-də üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

BİZNES
227

Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev “Yüksəliş” müsabiqəsinin qaliblərindən biri olan Fərid İsayev ilə görüşüb.

İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondunun (SİF) İdarə Heyətinin sədri Osman Xaliyev mentorluq proqramı çərçivəsində üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi Fərid İsayev ilə görüşüb.

Görüşdə Osman Xaliyev SİF-in fəaliyyəti barədə ətraflı məlumat verib, həmçinin, bacarıqlı kadrların dəstəklənməsi və rəhbər şəxslərin müəyyən edilməsi baxımından “Yüksəliş” müsabiqəsinin əhəmiyyətini vurğulayıb. Bununla yanaşı, müasir idarəetmə, komanda quruculuğu və rəhbər şəxslərin kadrların inkişafında rolu barədə tövsiyələr verilib və müzakirələr aparılıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
SİF-də üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib — Fins.az — Fins.az