Shell rəhbəri Avropada enerji çatışmazlığı riskini açıqlayıb

Shell rəhbəri Avropada enerji çatışmazlığı riskini açıqlayıb

BİZNES
274

Fins.az - Shell şirkətinin baş icraçı direktoru Wael Sawan Avropada yaxın aylarda enerji resurslarının çatışmazlığı riskinin artdığını bildirib.

Onun sözlərinə görə, İran ətrafında davam edən münaqişə artıq qlobal yanacaq bazarlarına ciddi təsir göstərir. Əvvəlcə Cənubi Asiyada müşahidə olunan tədarük problemləri sonradan Cənub-Şərqi və Şimal-Şərqi Asiyaya yayılıb və aprel ayına yaxın Avropada daha qabarıq hiss olunacaq.

Sawan qeyd edib ki, Shell hökumətlərlə əməkdaşlıq edərək onları mümkün risklər barədə xəbərdar edir və enerji təchizatının sabitliyi üçün müxtəlif tədbirlərin, o cümlədən tələbatın idarə olunması və ehtiyatların artırılmasının vacibliyini vurğulayır.

Bundan əlavə, şirkət ilin sonuna qədər Venesuelada təbii qaz hasilatı üzrə bir və ya iki layihəyə investisiya yatırmaq imkanını da nəzərdən keçirir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Shell rəhbəri Avropada enerji çatışmazlığı riskini açıqlayıb — Fins.az — Fins.az