SGC-yə “Moody’s”dən müsbət proqnozlu investisiya reytinqi verilib

SGC-yə “Moody’s”dən müsbət proqnozlu investisiya reytinqi verilib

BİZNES
304

“Moody’s Ratings” beynəlxalq reytinq agentliyi “Cənub Qaz Dəhlizi” QSC-yə (SGC) baza kredit qiymətləndirməsi (Baseline Credit Assessment, BCA) üzrə MDB regionunda ən yüksək göstəricilərdən birini verib.

Fins.az xəbər verir ki, bu barədə QSC məlumat yayıb.

Məlumata əsasən, SGC beynəlxalq reytinq agentliyi “Moody’s Ratings” tərəfindən ilk uzunmüddətli emitent reytinqini əldə edib. Genişmiqyaslı maliyyə təhlilinə əsasən, şirkətin uzunmüddətli reytinqi müsbət proqnozla “Baa3” səviyyəsində təsdiqlənib və bu göstərici investisiya səviyyəsinə uyğundur.

Eyni zamanda “Moody’s Ratings” SGC-nin baza kredit qiymətləndirməsini (BCA) “baa3” səviyyəsində təsdiqləyib. Bu göstəricinin təkcə Azərbaycanda deyil, MDB ölkələri arasında da ən yüksək səviyyələrdən biri olduğu bildirilir.

Agentliyin qiymətləndirməsinə görə, SGC-nin reytinqi Azərbaycanın suveren reytinqi (“Baa3”) ilə məhdudlaşır və ölkənin suveren reytinqində baş verəcək mümkün müsbət dəyişikliklər şirkətin reytinqinə də birbaşa təsir göstərə bilər.

Qeyd olunub ki, bu reytinq SGC-nin beynəlxalq maliyyə bazarlarında dayanıqlığını və etibarlılığını bir daha təsdiqləyir.

Xatırladaq ki, 2025-ci ildə SGC həmçinin “Fitch Ratings” tərəfindən sabit proqnozla “BBB-” səviyyəsində uzunmüddətli emitent defoltu reytinqi əldə edib.

SGC — Azərbaycan Respublikasının Cənub Qaz Dəhlizi layihələrində pay iştirakının idarə olunması və maliyyələşdirilməsi məqsədilə yaradılmış qapalı səhmdar cəmiyyətidir. Səhmlərin 51%-i SOCAR-a, 49%-i isə dövlət adından fəaliyyət göstərən Azərbaycan İqtisadiyyat Nazirliyinə məxsusdur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
SGC-yə “Moody’s”dən müsbət proqnozlu investisiya reytinqi verilib — Fins.az — Fins.az