Sərsəng su anbarında su ehtiyatları artır – anbarda 320 milyon kubmetr su var

Sərsəng su anbarında su ehtiyatları artır – anbarda 320 milyon kubmetr su var

BİZNES
276

Hazırda Sərsəng su anbarında təxminən 320 milyon kubmetr su ehtiyatı toplanıb və anbara suyun daxil olması davam edir.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Xankəndi şəhəri və Ağdərə rayonuna təşkil etdiyi mediatur çərçivəsində jurnalistlərə açıqlama verən Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədr müavini İlham Quliyev məlumat verib.

Onun sözlərinə görə, Sərsəng su anbarı ölkənin ən mühüm hidrotexniki qurğularından biri olmaqla yanaşı, regionun su təminatında da mühüm rol oynayır.

İ.Quliyev bildirib ki, su anbarının bəndinin hündürlüyü 125 metr, uzunluğu 555 metr, yuxarı hissəsinin eni isə 12 metr təşkil edir.

Sədr müavini qeyd edib ki, hazırda su anbarında maksimal dərinlik 103 metr səviyyəsindədir.

O əlavə edib ki, anbarın su səviyyəsi Baltik hündürlük sistemi üzrə 528 metr təşkil edir.

Qeyd edək ki, Sərsəng su anbarı Qarabağ və ətraf bölgələrin su təminatı, meliorasiya və suvarma sisteminin fəaliyyəti baxımından strateji əhəmiyyətə malik obyektlərdən hesab olunur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Sərsəng su anbarında su ehtiyatları artır – anbarda 320 milyon kubmetr su var — Fins.az — Fins.az