"Şərq-Qərb" dəhlizi üzrə yükdaşımalar 16,910 milyon ton olub

"Şərq-Qərb" dəhlizi üzrə yükdaşımalar 16,910 milyon ton olub

BİZNES
344

2025-ci ildə “Şərq-Qərb” nəqliyyat dəhlizi üzrə daşınmış yüklərin həcmi 16,910 milyon ton təşkil edib.

Fins.az-ın Azərbaycan Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu göstərici 2024-cü illə müqayisədə 72 min ton və ya 0,4% azdır. Belə ki, 2024-cü ildə “Şərq-Qərb” nəqliyyat dəhlizi üzrə daşınmış yüklərin həcmi 16,982 milyon ton olub.

Məlumata əsasən, hesabat dövründə “Şərq-Qərb” nəqliyyat dəhlizi ilə daşınmış yüklərin 8,173 milyon tonu “Avropa-Qafqaz-Asiya” nəqliyyat dəhlizinin payına düşüb ki, bu da 2024-cü illə müqayisədə 149 min ton və ya 1,8% azalma deməkdir.

Qeyd olunur ki, 2025-ci ildə ümumilikdə nəqliyyat dəhlizləri üzrə daşınmış yüklərin həcmi 32,6 milyon ton təşkil edib. Bu dövrdə dəmir yolu nəqliyyatı ilə 14,3 milyon ton, avtomobil nəqliyyatı ilə 11,1 milyon ton, dəniz nəqliyyatı ilə isə 7,2 milyon ton yük daşınıb.

Eyni zamanda, nəqliyyat dəhlizləri üzrə yükdaşımaların bölgüsünə əsasən “Şərq-Qərb” dəhlizi üzrə 16,9 milyon ton, “Avropa-Qafqaz-Asiya” dəhlizi üzrə 8,2 milyon ton, “Şimal-Cənub” nəqliyyat dəhlizi üzrə 9,3 milyon ton, “Şimal-Qərb” nəqliyyat dəhlizi üzrə 5,8 milyon ton, “Cənub-Qərb” nəqliyyat dəhlizi üzrə isə 533,6 min ton yük daşınıb.

Məlumatda bildirilir ki, tranzit yüklər dəmir yolu nəqliyyatı ilə daşımaların 46,2%-ni, avtomobil nəqliyyatı ilə 42,3%-ni, dəniz nəqliyyatı ilə isə 93,3%-ni təşkil edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
"Şərq-Qərb" dəhlizi üzrə yükdaşımalar 16,910 milyon ton olub — Fins.az — Fins.az