Samir Şərifov: “Bir çox ölkədə ÜDM-də azalma ikirəqəmlidir, Azərbaycanda vəziyyət bir qədər yaxşıdır”

Samir Şərifov: “Bir çox ölkədə ÜDM-də azalma ikirəqəmlidir, Azərbaycanda vəziyyət bir qədər yaxşıdır”

BİZNES
778

“Hazırda yaranmış xüsusi şəraiti nəzərə almaqla, istisnasız bütün dövlətlər oxşar problemlərlə üzləşib. Bir çox dövlətdə ÜDM-də azalma ikirəqəmlidir. Azərbaycanda vəziyyət bir qədər yaxşıdır. Bununla belə, vaxtında tədbirlər görülməsinə ehtiyac var. Bununla əlaqədar büdcə qaydası dayandırılıb”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı Maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, 2019-cu ildə büdcə qaydasının tətbiqi uğurlu icra olunub: “Pandemiyanın yaratdığı bu həssas dövrü Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə xalqımız arxada qoyacaq və yenidən inamla öz inkişaf yoluna davam edəcək. Sizi buna əmin edirəm”.

(c)APA

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Samir Şərifov: “Bir çox ölkədə ÜDM-də azalma ikirəqəmlidir, Azərbaycanda vəziyyət bir qədər yaxşıdır” — Fins.az — Fins.az