“Sahibkarların çoxu maliyyə hesabatlarının auditinin aparılmasına ehtiyac duymur” - AÇIQLAMA - FOTO

“Sahibkarların çoxu maliyyə hesabatlarının auditinin aparılmasına ehtiyac duymur” - AÇIQLAMA - FOTO

BİZNES
1,525

“Biznes əsasən çevikliyi tələb edir. Müştərinin reaksiyasına nə qədər çevik cavab verdinsə, rəqiblərdən bir addım öndə olmuş sayılırsan. Amma, bu o demək deyil ki, çevik olub, keyfiyyətsiz xidmət göstərəsən.”

Bunu Fins.az-a müsahibəsində biznes konsultant Elçin Əkbərov söyləyib.

E.Əkbərov sahibkarların biznesin idarə olunmasında sahibkarların əsas təlabatlarından danışarkən vurğulayıb ki, mühasibatlıq və kadr üzrə daha çox tələbat var.

Konsultant onu da qeyd edib ki, maliyyə hesabatlarının auditi baxımından vəziyyətin müəyyən qədər fərqlidir:

“Burada sahibkarların çoxu maliyyə hesabatlarının auditinin aparılmasına ehtiyac duymur. Təbii ki, bunun da müəyyən obyektiv səbəbləri var.”

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Sahibkarların çoxu maliyyə hesabatlarının auditinin aparılmasına ehtiyac duymur” - AÇIQLAMA - FOTO — Fins.az — Fins.az