Sahibkarları sanitar normativləri barədə məlumatlandırmaq lazımdır

Sahibkarları sanitar normativləri barədə məlumatlandırmaq lazımdır

BİZNES
788

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) daxil olmuş sahibkar müraciətlərinin təhlili göstərir ki, bir sıra hallarda qida istehsalı və satışı ilə bağlı normativ prosedurlar, sanitar-gigiyenik normalar haqqında məlumatsızlıq səbəbindən suallar ortaya çıxır.

Fins.az xəbər verir ki, bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Qida Biznesi Forumunda deyib

O bildirib ki, bu sahədə KOBİA Qida Təhlükəsizliyi Agentliyi ilə əməkdaşlıq edir.

Sədrin sözlərinə əsasən, təkcə 2019-cu ildə 10 mindən artıq sahibkarlıq subyekti qida sektorunda qeydiyyatdan keçib. Bu sahədə biznesin düzgün və səmərəli təşkili qida təhlükəsizliyi baxımından olduqca vacibdir.

O.Məmmədov 2019-cu ildə 8 mindən çox sahibkarın iştirakı ilə maarifləndirici tədbirlərin keçirildiyini və iştirakçıların böyük əksəriyyətinin qida sektorunda təmsil olunuduğunu vurğulayıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Sahibkarları sanitar normativləri barədə məlumatlandırmaq lazımdır — Fins.az — Fins.az