
Sahibkarlara dəstək üçün sərf olunan maliyyə vəsaitinin 20‒30%-nin mikro sahibkarlara yönəldiləcək
Sahibkarlara dəstək üzrə sərf olunan maliyyə vəsaitinin 20‒30%-nin mikro, 35‒45%-nin kiçik və 25‒35%-nin orta sahibkarlara yönəldilməsi hədəflənir.
"Fins.az" xəbər verir ki, bu barədə dövlət başçısının təsdiq etdiyi “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda öz əksini tapıb.
Bildilir ki,sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin effektivliyi, ünvanlılığı və şəffaflığı gücləndiriləcək. Azərbaycan hökuməti ortamüddətli perspektivdə kiçik və orta bizneslər üçün yeni maliyyələşmə mexanizmləri yaratmağı planlaşdırır. Bu əsasda sahibkarlara dəstək üzrə sərf olunan maliyyə vəsaitinin 20‒30%-nin mikro, 35‒45%-nin kiçik və 25‒35%-nin orta sahibkarlara yönəldilməsi hədəflənir.
Strategiyaya əsasən, kiçik və orta biznesin fəaliyyətinin dəstəklənməsi üzrə kredit portfeli 2018-ci ildən 1,5 dəfə artaraq 2021-ci ildə 4,4 milyard manata çatıb.
Müəllif: Aynur Qəniyeva