Sahibkarlar Konfederasiyasına 68 yeni şirkət üzv olub

Sahibkarlar Konfederasiyasına 68 yeni şirkət üzv olub

BİZNES
692

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) icra aparatı 2019-cu ildə görülən işlərlə bağlı Rəyasət Heyətinə hesabat verib. Bununla bağlı ASK-nın prezidenti Məmməd Musayevin sədrliyi ilə iclas keçirilib.

ASK-dan  fins.az-a verilən məlumata görə,  Azərbaycan Sahibkarlar Konfederasiyasının baş katib əvəzi Kristina Məmmədova çıxış edərək ötən il ölkəmizin iqtisadi həyatında mühüm dəyişikliklərin baş verdiyini xatırladıb. Sahibkarlıqla bağlı dövlətin atdığı ciddi addımların iqtisadi fəallığa müsbət təsir etdiyini deyən K.Məmmədova ASK-nın ötən bir ildə fəaliyyətini genişləndirdiyini, sahibkarların hüquqlarının müdafiəsi və onların maarifləndirilməsi məqsədilə konfederasiyanın mühüm işlər gördüyünü bildirib.

Hesabata görə, ASK üzvü olan şirkətlərin 56 faizi mikro, 23 faizi kiçik, 20 faizi orta, 11 faizi iri şirkətlərdir. Həmçinin konfederasiyanın çətiri altında 41 assosiasiya birləşir. 2019-cu ildə Rəyasət Heyətində səsvermə yolu ilə daha 68 yeni şirkət konfederasiyaya üzv olub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Sahibkarlar Konfederasiyasına 68 yeni şirkət üzv olub — Fins.az — Fins.az