
Sahibkarlar dövlətdən maliyyə dəstəyi almaq üçün necə müraciət etməlidir?- RƏSMİ QAYDA
Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sahibkarlar da dövlət dəstəyindən yayarlana bilərlər
Fins.az xəbər verir ki, bununla bağlı Vergilər Nazirliyi məlumat yayımlayıb
Bununla bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətindən bildirilib ki, vergi ödəyiciləri muxtar respublikanın Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsinə (vergi.nakhchivan.az) daxil olaraq, Fərdi sahibkarlara (mikro) dəstək proqramı üzrə müraciət və Əmək ödənişləri ilə bağlı dəstək proqramı üzrə müraciətə uyğun keçidi seçməklə vergi ödəyicilərinə verilən istifadəçi kodu, şifrə-parol, "asan imza" və ya elektron imza ilə elektron kabinetə daxil olub, onlayn qaydada elektron ərizə ilə xidmətə müraciət edə bilərlər.
Müəllif:Aynur Qəniyeva