
Rystad Energy: Yanacaq elementlərinə investisiyalar 2030-cu ilə qədər 10 dəfə artacaq
Fins.az - Rystad Energy analitik şirkətinin proqnozuna görə, yanacaq elementləri (fuel cells) vasitəsilə elektrik enerjisi istehsalı texnologiyalarına qlobal investisiyalar 2030-cu ilə qədər təxminən 10 dəfə artacaq.
Hesabata əsasən, bu sahəyə yatırılan investisiyaların həcmi 2025-ci ildəki 2,8 milyard dollardan 2030-cu ildə 30 milyard dollara yüksələcək.
Artımın əsas səbəbi məlumat emalı mərkəzlərinin (Data Center) elektrik enerjisinə olan tələbatının sürətlə artmasıdır.
Məlumata görə, hazırda ümumi gücü təxminən 9 giqavat olan layihələrin həyata keçirilməsi üçün müqavilələr artıq imzalanıb.
Bu layihələrə sərmayə qoyan şirkətlər arasında Oracle, AEP, Equinix və Brookfield yer alır.