Rusiyadan Azərbaycana gətirilən malların miqdarı nisbətən AZALIB

Rusiyadan Azərbaycana gətirilən malların miqdarı nisbətən AZALIB

BİZNES
652

2020-ci ilin ilk rübündə Azərbaycana Rusiyadan 433 milyon 713 min dollarlıq mallar idxal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4 milyon 10 min dollar azdır. 2019-cu ilin 1-ci rübündə Rusiyadan 437 milyon 723 min dollarlıq idxal həyata keçirilmişdi.

Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Azərbaycandan Rusiyaya ixrac 15 milyon 239 min dollar artıb. Ötən ilin ilk rübündə Rusiyaya ixracın məbləği 124 milyon 980 min dollar ikən, 2020-ci ilin ilk rübündə 140 milyon 219 min dollar təşkil edib.

Azərbaycandan Rusiyaya ixracın artmasına baxmayaraq hələ də iki dövlət arasında ticarət dövriyyəsinin saldosu 293 milyon 494 min dollarlıq saldo ilə Rusiyanın xeyrinədir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Rusiyadan Azərbaycana gətirilən malların miqdarı nisbətən AZALIB — Fins.az — Fins.az