
Rusiyada günəbaxan yağı ixrac rüsumu kəskin azaldılır
Fins.az - Rusiyada günəbaxan yağı ixracına tətbiq olunan rüsum may ayında əhəmiyyətli dərəcədə azalacaq.
Məlumata görə, rüsum apreldəki 16 222,4 rubl/ton səviyyəsindən 4 650 rubl/tona enəcək. Beləliklə, bu göstərici təxminən 3,5 dəfə azalmış olacaq.
Eyni zamanda, günəbaxan şrotunun ixracına tətbiq olunan rüsum da sıfırlanacaq. Aprel ayında bu rüsum 749,6 rubl/ton təşkil edirdi.
Rüsumların hesablanması üçün istifadə olunan indikativ qiymətlərə görə, günəbaxan yağı üzrə qiymət 1 291,8 ABŞ dolları/ton, şrot üzrə isə 196,1 ABŞ dolları/ton səviyyəsində olub.
Qeyd edək ki, ixrac rüsumlarının məbləği bazar və baza qiymətləri arasındakı fərqin 70 faizi əsasında müəyyən edilir.