Rusiya Azərbaycandan elektrik idxalını artırıb

Rusiya Azərbaycandan elektrik idxalını artırıb

BİZNES
193

2026-cı ilin yanvar ayında Azərbaycandan Rusiyaya 10,4 milyon kVt/saat elektrik enerjisi ixrac olunub.

Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ixracdan əldə olunan gəlir 558 min ABŞ dolları təşkil edib. Bu göstərici ötən ilin yanvar ayı ilə müqayisədə həcm baxımından 1,2 milyon kVt/saat və ya 12,8%, dəyər ifadəsində isə 204 min dollar və ya 1,6 dəfə artım deməkdir.

Eyni zamanda, 2026-cı ilin yanvar ayında Rusiyadan Azərbaycana 307 min ABŞ dolları dəyərində, 7,8 milyon kVt/saat həcmində elektrik enerjisi idxal olunub. Bu göstərici illik müqayisədə dəyər baxımından 46,9% artıb, həcm baxımından isə 1,3% azalıb.

Cari ilin yanvar ayında Azərbaycandan ümumilikdə iki ölkəyə – Rusiya və İran İslam Respublikasına 640 min ABŞ dolları dəyərində 13,3 milyon kVt/saat elektrik enerjisi ixrac edilib. Ötən ilin yanvar ayı ilə müqayisədə dəyər ifadəsində 12,1 dəfə artım, həcm baxımından isə 10,6 dəfə azalma müşahidə olunub. Həcmin bu qədər azalması əsasən Gürcüstana elektrik ixracının qeydə alınmaması ilə bağlıdır. Ötən ilin yanvarında Azərbaycandan Gürcüstana 7,3 milyon ABŞ dolları dəyərində 128,7 milyon kVt/saat elektrik ixrac edilmişdi.

Bundan başqa, 2026-cı ilin yanvar ayında Azərbaycan iki ölkədən – Rusiya və Gürcüstandan 309 min ABŞ dolları dəyərində 7,8 milyon kVt/saat elektrik enerjisi idxal edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 6,5% artıb, həcm baxımından isə 27,1% azalıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Rusiya Azərbaycandan elektrik idxalını artırıb — Fins.az — Fins.az