Rus şirkətinin Azərbaycandakı vergi borcu 9 milyon manatı keçib

Rus şirkətinin Azərbaycandakı vergi borcu 9 milyon manatı keçib

BİZNES
585

Finss.az - Rusiyanın "Pera Plastik Qrup" şirkətinin Azərbaycandakı Nümayəndəliyinin dövlətə külli miqdarda vergi borcu yaranıb. 2025-ci ilin 9 yanvar tarixinə olan vergi borcu 8 milyon 641,1 min manat təşkil edir. 2023-cü ildə bu rəqəm 1 milyon 209,4 min manat idi. Şirkətin qanuni təmsilçisi Rzayev Ramiz Bilal oğludur.

Həmçinin, "Pera Plastik Qrup" şirkəti ilə eyni ünvanda qeydiyyatda olan və eyni qanuni təmsilçisi olan "Kasxim" MMC-nin yanvarın 9-na olan vergi borcu 829,1 min manat təşkil edir.

"Pera Plastik Qrup" və "Kasxim" MMC ilə eyni ünvanda dövlət qeydiyyatına alınan "Pera İndustries" MMC isə bu ilin yanvarın 9-da şirkətinin kapitalından 64 milyon manata yaxın vəsaiti geri çəkdiyini açıqlayıb. Şirkət nizamnamə kapitalını əmlak şəklində formalaşdırılan payların hesabına 63 milyon 749 min 987.50 manatdan 12.50 manata qədər azaldığını elan edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Rus şirkətinin Azərbaycandakı vergi borcu 9 milyon manatı keçib — Fins.az — Fins.az