Revolut Böyük Britaniyada tam bank lisenziyası alıb

Revolut Böyük Britaniyada tam bank lisenziyası alıb

BİZNES
280

Fins.az - Britaniyalı fintech-startap Revolut dörd illik gözləmədən sonra Böyük Britaniyada tam bank lisenziyası alıb.

2024-cü ilin iyul ayında şirkət məhdudiyyətli lisenziya almışdı: depozit məbləği 50 min funt sterlinqdən çox ola bilmirdi. Tam lisenziya Revolut-a öz bazarında kredit verməyə imkan verəcək və müştəri hesablarının qorunmasını gücləndirəcək.

Şirkət əvvəlcədən Litvada bank lisenziyasına malik idi, bu da ona Avropa İttifaqı ölkələrində fəaliyyət göstərməyə imkan verirdi. Tam lisenziya ilə Revolut artıq tənzimləyici nəzarət altında daha ciddi şəkildə fəaliyyət göstərəcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Revolut Böyük Britaniyada tam bank lisenziyası alıb — Fins.az — Fins.az