"X5" Rusiyada Mars qənnadı məhsullarının tədarükünü bərpa etdi

"X5" Rusiyada Mars qənnadı məhsullarının tədarükünü bərpa etdi

BİZNES
579

Finss.az xəbər verir ki, "X5 Group" Rusiyada Mars konsernindən qənnadı məmulatlarının alınmasını yenidən bərpa edib. Məhsullar "Pyaterochka" və "Perekrestok" mağazalar şəbəkəsində satışa çıxarılacaq.

"X5" pərakəndə satış şirkətinin mətbuat xidmətindən bildirilib ki, tədarüklər 2025-ci ilin iyul ayında alış qiymətlərinə dair fikir ayrılığı səbəbindən dayandırılmışdı. Lakin bu müddət ərzində aparılan uzunmüddətli və konstruktiv danışıqlar nəticəsində tərəflər yeni əməkdaşlıq şərtlərində razılığa gəlib.

Şirkətin nümayəndəsi qeyd edib:

"Əməkdaşlığın bərpası uzun və konstruktiv danışıqlar prosesinin nəticəsi olub. Tərəflər uzunmüddətli və qarşılıqlı faydalı tərəfdaşlıq üçün zəmin yaradan şərtləri razılaşdıra biliblər."

Qeyd edək ki, Mars konserni Rusiya bazarında 1991-ci ildən fəaliyyət göstərir və M&M’s, Mars, Snickers kimi tanınmış brendlərlə qənnadı məhsulları istehsal edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
"X5" Rusiyada Mars qənnadı məhsullarının tədarükünü bərpa etdi — Fins.az — Fins.az