Qlobal dəyişikliklər biznesdən çeviklik tələb edir - Dəyanət Sadullayev

Qlobal dəyişikliklər biznesdən çeviklik tələb edir - Dəyanət Sadullayev

BİZNES
262

Qlobal dəyişikliklərin sürətlə baş verdiyi müasir iqtisadi mühitdə biznes yalnız yeni texnologiyaları tətbiq etməklə kifayətlənməməli, eyni zamanda öz biznes modellərini yenidən nəzərdən keçirməli və uzunmüddətli dəyər yaratmağa fokuslanmalıdır.

Fins.az xəbər verir ki, bu fikirləri Azərbaycan-Amerika Ticarət Palatasının (AmCham Azerbaijan) prezidenti AmCham Azerbaijan rəhbəri Dəyanət Sadullayev Bakıda keçirilən “Technovation: Davamlı İqtisadi Transformasiya üçün Elm və İnnovasiya” tədbiri çərçivəsində bildirib.

Onun sözlərinə görə, müasir dövrdə korporativ davamlılıq biznes strategiyalarının əsas elementinə çevrilib. Sadullayev qeyd edib ki, dəyişən qlobal mühit şirkətlərdən daha çevik yanaşma, səmərəliliyin artırılması və yeni çağırışlara uyğunlaşma tələb edir.

“Bugünkü sürətlə dəyişən mühitdə biznesdən davamlılıq tələb olunur. Təkcə texnologiyalara uyğunlaşmaq kifayət deyil, həm də iş modellərini yenidən düşünmək, səmərəliliyi artırmaq və uzunmüddətli dəyər yaratmaq vacibdir”, – deyə o vurğulayıb.

AmCham prezidenti dövlət və özəl sektor arasında dialoq platformalarının əhəmiyyətinə də diqqət çəkib. Onun sözlərinə görə, belə platformalar əməkdaşlığın güclənməsi və yeni ideyaların formalaşması üçün mühüm rol oynayır.

Sadullayev əlavə edib ki, təşkilatın əsas məqsədlərindən biri dövlət və biznes sektoru arasında effektiv əməkdaşlıq mühitinin yaradılmasıdır. O, tədbirin təşkilində iştirak edən tərəflərə təşəkkür edərək, müzakirələrin gələcək əməkdaşlıq və innovasiya üçün yeni imkanlar yaradacağına əminliyini ifadə edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Qlobal dəyişikliklər biznesdən çeviklik tələb edir - Dəyanət Sadullayev — Fins.az — Fins.az