Qızıl ucuzlaşır, unsiya qiyməti 5000 dollardan aşağı düşüb

Qızıl ucuzlaşır, unsiya qiyməti 5000 dollardan aşağı düşüb

BİZNES
353

Fins.az - Qızılın qiyməti bazar ertəsi günü ucuzlaşıb və bir unsiya üzrə 5000 dollardan aşağı düşüb. Buna səbəb Yaxın Şərqdəki gərginlik fonunda dünyanın aparıcı iqtisadiyyatlarında inflyasiyanın sürətlənə biləcəyi ilə bağlı narahatlıqlardır.

Moskva vaxtı ilə saat 13:28-ə olan məlumata görə, Comex birjasında aprel ayı üzrə qızıl fyuçersləri təxminən 1,3% azalaraq unsiya üçün 4995 dollar səviyyəsinə enib.

Bu həftə dünyanın aparıcı mərkəzi banklarının, o cümlədən ABŞ Federal Ehtiyat Sisteminin iclasları keçiriləcək. Analitiklər əsas faiz dərəcəsinin dəyişməyəcəyini gözləyirlər. İnvestorların diqqəti isə tənzimləyicinin rəhbəri Jerome Pauellin mətbuat konfransına yönəlib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...