Qiyməti 1 avro olan evlər satışa çıxarılıb

Qiyməti 1 avro olan evlər satışa çıxarılıb

BİZNES
944

İtaliyanın Kampaniya bölgəsinə yaxın Bizaçça kommunasında 90 tarixi ev 1 avrodan satışa çıxarılıb.

Fins.az xəbər verir ki, bu addım insanları Bizaçça kommunasında yaşamağa həvəsləndirmək üçün atılıb.

Satışa çıxarılan evlər yaşayış üçün hazır vəziyyətdə deyil. Ona görə də tələblərdən biri evin yeni sahibi tərəfindən təmir edilməsidir. 

Xatırladaq ki, 1 avroluq evlər daha öncə Sicilyanın Mussomelli kommunasında satışa çıxarılmışdı. Şəhər rəhbərliyi 500-dən artıq tikilini satışa çıxarmışdı. Onların 100-ü artıq satılıb.

© Report

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Qiyməti 1 avro olan evlər satışa çıxarılıb — Fins.az — Fins.az