Qilbert Boyler: ABŞ texnologiyaları ilə Azərbaycan əməliyyatlarının effektivliyi artırılır

Qilbert Boyler: ABŞ texnologiyaları ilə Azərbaycan əməliyyatlarının effektivliyi artırılır

BİZNES
329

“GL Group” şirkəti yaxın gələcəkdə ABŞ-də neft yataqları əməliyyatlarını genişləndirməyi planlaşdırır.

Fins.az xəbər verir ki, bu barədə şirkətin Texniki Funksiyalar və Beynəlxalq Əməliyyatlar üzrə baş vitse-prezidenti Qilbert Boyler ABŞ-Azərbaycan Ticarət Palatasının 30 illiyinə həsr olunmuş konfransda məlumat verib.

Boyler qeyd edib ki, şirkət əməliyyatlarının əsasını Azərbaycanda saxlamaqla ABŞ-də fəaliyyətini genişləndirəcək, mövcud yataqları optimallaşdıraraq quyuların səmərəliliyi, əməliyyat effektivliyi və xərc intizamını artırmaq üzərində işləyir.

O əlavə edib ki, tədqiqat və inkişaf (R&D) prosesi çərçivəsində ABŞ-də hazırlanmış texnologiyalar Azərbaycan şəraitinə uyğunlaşdırılır və əməliyyatların performansı yüksəldilir.

Bu təşəbbüslər “GL Group”un beynəlxalq əməliyyatlarının inkişafı və texnoloji innovasiyaların tətbiqi strategiyasının vacib hissəsini təşkil edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Qilbert Boyler: ABŞ texnologiyaları ilə Azərbaycan əməliyyatlarının effektivliyi artırılır — Fins.az — Fins.az