
Qeyri-neft sektoru üzrə ixrac 5% artıb
2020-ci ilin yanvar-fevral ayları ərzindəqeyri-neft sektoru üzrə 296 milyon ABŞ dolları dəyərində ixrac reallaşdırılıb.
Fins.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nda məlumat verilib
Bildilir ki, bu göstərici 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-ci ilin yanvar-fevral ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 14,2 milyon ABŞ dolları və ya 5 faiz artıb.
Müəllif; Aynur Qəniyeva