Qazaxıstandan Azərbaycana daşınan taxıl 3 dəfə artıb

Qazaxıstandan Azərbaycana daşınan taxıl 3 dəfə artıb

BİZNES
273

2025-ci ildə Qazaxıstan Temir Jolu (KTJ) Şirkətinin dəmir yolu şəbəkəsi vasitəsilə Azərbaycana daşınan taxıl həcmi 2024-cü illə müqayisədə 3 dəfə artıb.

Finss.az-ın KTJ-yə istinadən xəbər verir ki, İrana daşımalar 69%, Əfqanistana daşımalar 63% artıb, Baltikyanı ölkələrə daşımalar isə 6 dəfə artaraq 800 min tondan çox təşkil edib.

Qara dəniz və Baltik dənizi limanlarına daşımalar müvafiq olaraq 49% və 67% artıb. Qazaxıstan daxilində daxili daşımalar isə 26% artaraq 3,3 milyon tonu ötüb. Mərkəzi Asiya ölkələri istiqamətində də artım müşahidə olunub: Qırğızıstana daşımalar 2 dəfə, Tacikistana 12% artaraq 1,4 milyon ton, Özbəkistana isə 32% artaraq 4,5 milyon ton təşkil edib.

Ümumilikdə, 2025-ci ilin yekunlarına görə, KTJ şəbəkəsi üzrə taxıl daşımalarının həcmi 14,3 milyon tonu ötüb ki, bu da 2024-cü ilin analoji dövrü ilə müqayisədə 31% çoxdur. İxracın həcmi isə 11 milyon ton təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 33% artım deməkdir. Şirkət qeyd edib ki, bu göstəricilər son 10 ildə ilk dəfə qeydə alınıb.

Fuad Mədətov
Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Qazaxıstandan Azərbaycana daşınan taxıl 3 dəfə artıb — Fins.az — Fins.az