Qaz iqtisadiyyatlar arasında strateji bağlantı rolunu gücləndirir - Çingiz Hacıyev

Qaz iqtisadiyyatlar arasında strateji bağlantı rolunu gücləndirir - Çingiz Hacıyev

BİZNES
270

Bakı Enerji Həftəsi çərçivəsində qaz sənayesinin gələcək inkişaf istiqamətləri, artan tələbat və enerji infrastrukturunun strateji rolu müzakirə olunub.

Fins.az xəbər verir ki, bu barədə bp-nin Xəzər regionunda biznesin inkişafı üzrə vitse-prezidenti Çingiz Hacıyev panel müzakirəsində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, qaz sənayesində uzunmüddətli strategiyanı formalaşdıran əsas amillərdən biri qlobal miqyasda artan enerji tələbatıdır. Sənayeləşmə, elektrikləşmə prosesləri və əhali artımı bu tələbatı davamlı şəkildə yüksəldir.

Ç.Hacıyev qeyd edib ki, hazırkı mərhələdə qaz bazarı alternativ enerji mənbələri tərəfindən sıxışdırılmır, əksinə, yüksək tələbat fonunda strateji enerji resursu kimi mövqeyini qoruyur.

Onun fikrincə, ikinci əsas amil enerji infrastrukturu ilə bağlıdır. Təchizat zəncirində fasilə risklərinin artdığı bir dövrdə etibarlı və dayanıqlı infrastrukturun əhəmiyyəti daha da yüksəlir.

bp rəsmisi bildirib ki, qaz yalnız enerji daşıyıcısı deyil, həm də ölkələr və regionlar arasında iqtisadi və strateji əlaqələndirici rol oynayır. Bu funksiyanın effektiv həyata keçirilməsi isə müasir enerji infrastrukturu sayəsində mümkündür.

O, buna nümunə kimi Cənub Qaz Dəhlizi layihəsini göstərib. Ç.Hacıyev xatırladıb ki, təxminən 30 il əvvəl SOCAR, Azərbaycan hökuməti, bp və tərəfdaşlar Xəzər dənizindən Cənubi Avropaya qədər uzanan təxminən 3 500 kilometr uzunluğunda bu strateji qaz dəhlizinin formalaşdırılması barədə qərar qəbul ediblər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Qaz iqtisadiyyatlar arasında strateji bağlantı rolunu gücləndirir - Çingiz Hacıyev — Fins.az — Fins.az