Qaradağ Günəş Elektrik Stansiyası milli enerji sisteminə 1 milyard 100 min kilovat-saat “yaşıl” enerji ötürüb

Qaradağ Günəş Elektrik Stansiyası milli enerji sisteminə 1 milyard 100 min kilovat-saat “yaşıl” enerji ötürüb

BİZNES
640

Fins.az - Azərbaycan bərpa olunan enerji sahəsində öncül addımlar atır və Qaradağ Günəş Elektrik Stansiyası bunun bariz nümunəsidir.

Bu fikirləri “Masdar Azerbaijan” şirkətinin direktoru Murad Sadıxov Bakıda keçirilən Cənub Qaz Dəhlizi və “Yaşıl” Enerji üzrə Məşvərət Şuralarının iclasında səsləndirib.

Onun sözlərinə görə, stansiya milli enerji sisteminə artıq 1 milyard 100 min kilovat-saatdan çox “yaşıl” enerji ötürüb.

O qeyd edib ki, Azərbaycanda bərpa olunan enerji güclərinin artması ilə generasiya mənbələrinin balanslaşdırılmış və dayanıqlı enerji sisteminə inteqrasiyası müşahidə olunur:

“Azərbaycan bərpa olunan enerji sahəsində layihələr üçün beynəlxalq kapital cəlb etmək, yerli ekspertizanı inkişaf etdirmək və mürəkkəb infrastruktur layihələrini yüksək səviyyədə həyata keçirmək qabiliyyətinə malikdir.”

M.Sadıxov əlavə edib ki, Qaradağ Günəş Elektrik Stansiyası 230 MVt gücündədir və 100 mindən çox ev təsərrüfatına etibarlı və əlçatan elektrik enerjisi təmin edir. Bu stansiya Azərbaycanın enerji balansının şaxələndirilməsində mühüm rol oynayır.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Qaradağ Günəş Elektrik Stansiyası milli enerji sisteminə 1 milyard 100 min kilovat-saat “yaşıl” enerji ötürüb — Fins.az — Fins.az