Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa işləri yeni şəhərsalma modeli kimi təqdim olunur

Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa işləri yeni şəhərsalma modeli kimi təqdim olunur

BİZNES
299

Azərbaycan Qarabağ və Şərqi-Zəngəzur ərazilərinin bərpası və yenidən qurulması istiqamətində mühüm təcrübə formalaşdıraraq beynəlxalq müstəvidə model kimi təqdim olunur.

Fins.az xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparat rəhbərinin müavini Gülşən Rzayeva WUF13 çərçivəsində keçirilən “sülhyönümlü iqlim fəaliyyəti” mövzusunda tədbirdə çıxışı zamanı bildirib.

O qeyd edib ki, Azərbaycanda aparılan yenidənqurma prosesi genişmiqyaslı və sistemli xarakter daşıyır və yalnız fiziki infrastrukturun bərpası ilə məhdudlaşmır.

Gülşən Rzayeva bildirib ki, ölkə postböhran və postmünaqişə dövrünü yaşayan dövlətlər üçün yeni şəhərsalma modeli hazırlayır. Onun sözlərinə görə, bu yanaşma yalnız binaların bərpasını deyil, eyni zamanda şəhərlərin funksional yenilənməsini, icmaların sosial dirçəlişini və insanların həyat keyfiyyətinin yüksəldilməsini əhatə edir.

Komitə rəsmisi vurğulayıb ki, həyata keçirilən yenidənqurma nəticəsində regionun ümumi iqtisadi və sosial gücü artır və dayanıqlı inkişaf üçün yeni imkanlar yaranır.

Qeyd edək ki, WUF13 17–22 may tarixlərində BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə Bakıda keçirilir.

Forum çərçivəsində mənzil təminatı, dayanıqlı şəhər inkişafı və şəhərsalma sahəsində qlobal problemlərin həlli istiqamətində beynəlxalq əməkdaşlıq müzakirə olunur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa işləri yeni şəhərsalma modeli kimi təqdim olunur — Fins.az — Fins.az