Qarabağ və Şərqi Zəngəzurda 33 ədəd 35 kV-luq yarımstansiya tikilib

Qarabağ və Şərqi Zəngəzurda 33 ədəd 35 kV-luq yarımstansiya tikilib

BİZNES
277

İşğaldan azad edilmiş ərazilərdə indiyədək 33 ədəd 35 kV-luq, 14 ədəd 110 kV-luq və 1 ədəd 330 kV-luq yarımstansiya inşa edilib.

Fins.az xəbər verir ki, bu məlumat Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.

Hesabata əsasən, bölgədə elektrik enerjisi infrastrukturunun bərpası və genişləndirilməsi istiqamətində mühüm layihələr həyata keçirilib. Belə ki, 1067,7 km uzunluqda 35 kV-luq, 774 km uzunluqda 110 kV-luq, 262 km uzunluqda 330 kV-luq və 74,3 km uzunluqda 0,4 kV-luq elektrik enerjisi xətləri çəkilib.

Sənəddə qeyd olunur ki, 2025-ci il ərzində Xankəndi şəhərində 110/35/10 kV-luq “Xankəndi-1” yarımstansiyasının və Laçın rayonunda Laçın Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı da həyata keçirilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Qarabağ və Şərqi Zəngəzurda 33 ədəd 35 kV-luq yarımstansiya tikilib — Fins.az — Fins.az