Procter & Gamble iki il ərzində 7000 iş yerini ixtisar etməyi planlaşdırır

Procter & Gamble iki il ərzində 7000 iş yerini ixtisar etməyi planlaşdırır

BİZNES
559

Finss.az xəbər verir ki, American Procter & Gamble Co. (P&G) növbəti iki il ərzində 7000 qeyri-istehsalçı iş yerini ixtisar etməyi planlaşdırır.

Ümumilikdə, ixtisarlar qeyri-istehsal işçilərinin təxminən 15%-ni əhatə edəcək, The Wall Street Journal Parisdə keçirilən istehlakçı konfransında şirkətin top menecerlərinin elan etdiyi məlumatlara istinadən yazır.

Bundan əlavə, şirkət rəhbərliyi P&G-nin məhsul portfelini azaltmağı, bəzi kateqoriyalardan çıxmağı və müəyyən bazarlarda daha kiçik brendləri buraxmağı planlaşdırır. Bu planlarla bağlı əlavə təfərrüatlar verilməyib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Procter & Gamble iki il ərzində 7000 iş yerini ixtisar etməyi planlaşdırır — Fins.az — Fins.az