Poçt şöbələrində adi iş rejimi bərpa edilib- NAZİRLİK AÇIQLADI

Poçt şöbələrində adi iş rejimi bərpa edilib- NAZİRLİK AÇIQLADI

BİZNES
955

Artıq “Azərpoçt” MMC 1494 poçt şöbəsi ilə xidmətinizdədir.Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Azərpoçt” MMC-nin bütün poçt şöbələrinin fəaliyyəti (10, 14 və 114 saylı poçt şöbələri istisna olmaqla) adi iş rejiminə uyğun olaraq bərpa edilib. 
Fins.az xəbər verir ki,məqsəd Azərbaycan höküməti tərəfindən tətbiq edilən xüsusi karantin rejimində əhaliyə göstərilən xidmət səviyyəsinin daha da yüksəldilməsi və operativliyin təmin olunmasıdır.

Bakıda və regionlarda yerləşən poçt şöbələri ilə yanaşı “Şəbəkə” xidmət mərkəzləri də bazar günü daxil olmaqla hər gün saat 09:00-dan 17:00-dək vətəndaşlara xidmət göstərəcək.
 
Qeyd edək ki, poçt şöbələrində əhaliyə poçt-maliyyə xidmətlərinin göstərilməsi, teleqramların, məktubların, banderolların, bağlamaların, əsgəri göndərişlərin, pul köçürmələrinin çatdırılması, kommunal xidmət haqlarının yığılması təmin edilir. Eyni zamanda koronavirusun (COVID-19) yayılması səbəbindən ölkədə xüsusi rejim tətbiq edildiyi üçün bir sıra sosial layihələrin icrası həyata keçirilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Poçt şöbələrində adi iş rejimi bərpa edilib- NAZİRLİK AÇIQLADI — Fins.az — Fins.az