
Pərakəndə ticarətdə yay kampaniyaları alıcı fəallığını artırır
Fins.az – Bravo Supermarketlər şəbəkəsi Lay’s, Doritos, Cheetos və Xrusteam məhsullarını əhatə edən yeni kampaniyaya start verib.
Şirkətin məlumatına görə, kampaniya 1-31 iyul 2026-cı il tarixlərini əhatə edir. Bu müddət ərzində Bravo Supermarketlər şəbəkəsindən orta və ya böyük ölçülü Lay’s, Doritos, Cheetos və ya Xrusteam məhsulu alan müştərilər hər alışa görə 1 möhür qazanırlar.
Bildirilib ki, Bravo mobil tətbiqində 10 möhür toplayan iştirakçılar 50 manat dəyərində GO Sport hədiyyə kartı və ya pulsuz Lay’s, Doritos, Cheetos və ya Xrusteam məhsulu qazanmaq şansı əldə edir, eyni zamanda böyük tirajda iştirak hüququ qazanırlar.
Məlumata əsasən, böyük tirajın qalibləri arasında 30 ədəd Lay’s loqolu puf, 10 ədəd Adidas Trionda futbol topu, eləcə də 60 qalib üçün arenada 1 saat futbol oynamaq imkanı təqdim olunacaq.
Qeyd olunub ki, kampaniya yalnız 70 qram və daha böyük Lay’s və Doritos, 50 qram və daha böyük Cheetos, həmçinin 60 qram və daha böyük Xrusteam məhsullarına şamil edilir.
Şirkət bildirib ki, futbol meydançasının 1 saatlıq icarəsi ilə bağlı hədiyyə yalnız Ask Arena-da hər gün saat 21:00 üçün keçərlidir.